Operativ Qərargah brifinq keçirib
“Müasir dövrdə infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasının ən effektiv yolu vaksinasiyadır”.
AYNA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, peyvəndlər milyonlarla insanın həyatını xilas edib: “Tarix boyu ağır xəstəliklərdən milyonlarla insanların tələf olmasına səbəb olan xəstəliklərdən vaksinlər icad olunandan sonra qurtula bilmişik. Vaksinlər sayəsində onlarla xəstəlik məhv edilib. Taun və s. xəstəliklər bu qəbildəndir”.