TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Cəmiyyət

05.04.2020 - 23:53

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb 

 

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 5-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb. 

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 63 yeni yoluxma və 2 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 584 yoluxma aşkarlanıb. Onlardan 32-si sağalıb, 7-si ölüb. Hazırda aktiv xəstə sayı 545-dir.

Müəllif: Ayna.az