TƏBİB: “Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər”

Cəmiyyət

15.08.2020 - 11:45

cedabet dərman SEO Xidməti

Yaqut Qarayeva: “Gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva koronavirusla bağlı hazırkı durumdan danışıb.

 

AYNA-nın xəbərinə görə, Y.Qarayeva deyib ki, vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir: “Amma biz buna hazırlıqlı olmalıyıq. Biz karantinlə bağlı açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14 faiz təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

 

TƏBİB rəsmisi bildirib ki, artıq iki həftədir, koronavirusla bağlı ölkəmizdə xarici mütəxəssislər çalışır: “İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.

 

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVID-19-a qarşı olan peyvənddir. Peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır. Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”, - deyə Qarayeva peyvənddən danışarkən vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş