Tbilisidə Xocalı soyqırımına həsr edilmiş avtoyürüş keçirilib

Xəbərlər

26.02.2021 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Səfirliyin qarşısından hərəkətə başlayan avtomobillər şəhərin mərkəzi küçə və prospektlərindən keçib

 

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Gürcüstan paytaxtı Tbilisidə avtoyürüş təşkil olunub.

 

AYNA xəbər verir ki, üzərində “Xocalıya ədalət!” kampaniyasının loqosunu və Bakıdakı soyqırımı abidəsini özündə əks etdirən plakatlar yerləşdirilmiş 3 kiçik və 5 böyük yük avtomobili fevralın 26-da səhər tezdən axşam saatlarınadək Tbilisi şəhəri ərazisində hərəkət edib.

 

Səfirliyin qarşısından hərəkətə başlayan avtomobillər şəhərin mərkəzi küçə və prospektlərindən keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş