Gürcüstanda aksiyalar davam edir
Tbilisidə aksiyaçılar prezident sarayının darvazasına zəncirli qıfıl vurublar.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiyaçılar bununla prezident Salome Zurabişvilinin siyasi böhrana passiv mövqe göstərməsinə etiraz ediblər. Onlar dövlət başçısını hökumət və müxalifət arasında vasitəçi olmağa, onların dialqounu təşkil etməyə çağırıblar.
Xatırladaq ki, roporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsi parlamentdə qəbul edilmədiyindən Gürcüstanda noyabrın 14-dən aksiyalar başlayıb.