Penhu üzərində müdafiənin gücləndirilməsinə başlanılıb
Tayvan Çindən mümkün ilk hücuma hazırlaşaraq, Penhu arxipelaqındakı müdafiəsini gücləndirməyə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 90 adadan ibarət arxipelaq, hücum halında Çinin ilk hədəflərindən biri ola bilər. Təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, Penhu adasının tutulması Tayvan ordusuna Çin donanmasına raket zərbələri ilə qarşı çıxmağa imkan verəcək.
"Əgər Penhu ələ keçirilərsə, bütün Tayvan boğazı faktiki olaraq Çinin əlinə keçəcək", - deyə mənbə qeyd edib.
“Reuters” xəbər verir ki, eyni zamanda, hakimiyyət orqanları adaları uzunmüddətli böhrana hazırlayır. İyul ayında Penhuda ilk pilotsuz təyyarə bölməsi yaradılıb və sakinlər mülki müdafiə əməliyyatları üzrə təlim keçirlər. Qeyd olunur ki, arxipelaqın ən böyük şəhəri Magunedə blokada və silahlı toqquşmalar halında təlimlər keçirilir, ərzaq və dərman ehtiyatı toplanır.