İmtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub
Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.
Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.