Kollegiya sədri COVID-19-dan ölən vəkil barədə məlumat yayıb
Tanınmış vəkil, 22 saylı vəkil bürosunun sədri Tahir Əlirzayev vəfat edib.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O, qeyd edib ki, T.Əlirzayev bu gün koronavirusdan dünyasını dəyişib.
T.Əlirzayev bir müddət idi ki, xüsusi rejimli xəstəxanaların birində koronavirusdan müalicə olunurdu.