Adil İsmayılov koronavirusdan dünyasını dəyişib
Tanınmış hüquqşünas, vəkil Adil İsmayılov vəfat edib. AYNA-nın xəbərinə görə, bu barədə onun həmkarı Aqil Layıc məlumat verib.
O, qeyd edib ki, A.İsmayılov koronavirus infeksiyasından dünyasını dəyişib.
“Qəti olaraq inanmaq istəmirəm. Adil İsmayılov COVID-19-a yenik düşdü. Çox böyük itki oldu. Elə bilirəm, qolum-qanadın qırılıb yanıma düşdü. Allah rəhmət eləsin. Hüquq sistemi üçün çox böyük itki oldu”, - deyə A.Layıc qeyd edib”.