“Taliban” xarici ölkələrə çağırış edib

Dünya

20.08.2021 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

“Əfqan xalqının başqa ölkələrdən yardıma ehtiyacı olduğu yeni bir mərhələyə qədəm qoymuşuq”

 

Əfqanıstanı nəzarətə götürən “Taliban” hərəkatı xarici ölkələri Əfqanıstanı bərpasında iştirak etməyə və onun təbii sərvətlərinin hasilatı ilə məşğul olmağa çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Suheyl Şahin söyləyib.

 

Şahin qeyd edib ki, müharibə və dağıntılar mərhələsindən yeni çıxılıb: “Əfqan xalqının başqa ölkələrdən yardıma ehtiyacı olduğu yeni bir mərhələyə qədəm qoymuşuq. Səhiyyə, infrastruktur, təhsil və digər sahələrdə bizə kömək edilməlidir. Əcnəbilər təbii sərvətlərimizi hasil edə bilərlər”.

 

“Bu dəvət bütün ölkələrə aiddir və taliblər Əfqanıstan tarixinin belə gərgin anında istənilən dövlətin yardımını qiymətləndirir”, - deyə “Taliban” nümayəndəsi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş