“Taliban” etnik azlıqları evlərindən və kəndlərindən qovur

Dünya

14.09.2021 - 17:37

Həkimlər Klinikalar SEO Xidməti

Hazaralar onlara evlərindən çıxmaq üçün 9 gün vaxt verildiyini bildirirlər

“Taliban” Əfqanıstanın Daykundi əyalətindəki Hazara etnik azlığına mənsub 300 ailəni evlərindən çıxarmağa qərar verib. AYNA xəbər verir ki, bu barədə 8am.af saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Navabad və Balaser Tağabdar kəndlərinin sakinləri evlərindən çıxmaq üçün 9 gün vaxt verildiyini söyləyiblər.

"Dedilər ki, ayrılmasan, burada səni gözləyən zülmdən şikayət etmək haqqın olmayacaq", - deyə yerli sakinlərdən biri söyləyib.

Hazaralar 40 ildən artıqdır ki, bu bölgələrdə yaşadıqlarını və Taliban hakimiyyətə gəlməmişdən əvvəl kimsənin torpaqları və mülkləriiddia etmədiklərini söyləyiblər. Onların sözlərinə görə, yerli idarədə təmsil olunan qrupun bəzi yaraqlıları öz mövqelərindən istifadə edərək yerli icmalara sakinləri evlərindən qovmağa kömək edirlər.

Məsələn, kəndlərdəki Hazara torpaqlarına sahibləndiyini elan edən Comhur Xan hazırda Daykundi əyalətində Taliban valisinin müavini vəzifəsində çalışır.

Rayon polisinin rəisi isə sayta açıqlamasında deyib ki, heç kim araşdırma aparılması tələbi ilə səlahiyyətlilərə müraciət etməyib. Rəis deyib ki, bu məlumat düşmən təbliğatı da ola bilər.

Saytın mənbələri isə əksinə, belə hadisələrin təkcə bu iki kənddə yaşanmadığını qeyd ediblər. Bəzi mənbələrə görə, “Taliban” Əfqanıstanın bütün əyalətlərində yerli sakinləri zorla köçürürlər.

Qeyd edək ki, bundan əvvəl minlərlə əfqan Qəndəharda məcburi köçürülməyə qarşı etiraz aksiyası keçirmişdi. Taliban Qəndəharın 1-ci və 13-cü rayonları arasında yaşayan sakinlərə evlərini tərk etmələri üçün 3 gün vaxt vermişdi. Yaraqlılar evlərindən çıxarılan sakinlərə hansısa əşyaların aparılmasını da qadağan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş