“Taliban” Cəlalabad şəhərini ələ keçirib

Dünya

15.08.2021 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkat ölkənin 34 əyalətindən 24-nə nəzarət əldə edib

 

“Taliban” hərəkatı Nanqarxar əyalətinin Cəlalabad şəhərini tutub. AYNA xarici mediaya istinadən bildirir ki, bununla da “Taliban” ölkənin 34 əyalətindən 24-nə nəzarət əldə edib.

 

Qeyd edilir ki, şəhər döyüşsüz təhvil verilib. Dünən isə “Taliban” Şaran, Asadabad və Qardez əyalətlərini, Fəryab və Bəlx vilayətlərinin mərkəzləri Meymunə və mühüm əhəmiyyətə malik Məzari-Şərif şəhərlərini tutublar.

 

Xatırladaq ki, paytaxt Kabildən başqa Əfqanıstanın ən böyük şəhərləri artıq “Taliban” hərəkatının nazarətindədir.

 

Əfqanıstan insan hüquqları üzrə Komissiyasının məlumatına görə, son bir ayda taliblər 1200-dən artıq dinc sakini qətlə yetirib, 1 milyondan çox sakin evlərini tərk edib. Təxminən 20 milyon əfqanın humanitar yardıma ehtiyacı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş