Beşmərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib
Şuşa şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan dördotaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.
Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.