Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq

Xəbərlər

28.12.2020 - 14:59

“Hazırda respublika ərazisində 62 stansiya vasitəsilə tədqiqatlar aparılır”

 

“Hazırda respublika ərazisində 62 stansiya vasitəsilə tədqiqatlar aparılır. 2021-ci ildə isə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq”. AYNA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

 

Yetirmişli qeyd edib ki, RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb: “2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaq”.

Müəllif: Ayna.az