Sürücülərin diqqətinə!

Xəbərlər

16.11.2020 - 11:19

Belə ərazilərdən keçərkən diqqətli olun

 

Hazırda paytaxtda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

“Bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”, - deyə BNA-dan bildirilib.

Müəllif: Ayna.az