Suriyanın əl-Bab şəhəri bombalandı

Dünya

26.11.2019 - 07:05

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin nəzarətində olan şəhərin yaxınlığında bombalı hücum olub 

 

Beynəlxalq koalisiyaya məxsus olduğu iddia edilən hərbi təyyarələr bazar ertəsi Suriyanın şimalındakı Əl-Bab şəhərinə raket zərbələri endirib. 

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası xəbər yayıb. 

 

Bildirilib ki, aviazərbələr əsasən Türkiyəyə meyilli qruplaşmaların nəzarətində olan əl-Bab ətrafındakı kəndlərə endirilib. 

 

Livanın “əl-Mayadeen” telekanalının xəbərinə görə, "naməlum təyyarələr” Hələb şəhərinin şimal-şərq ərazisinə yeddi raket mərmisi atıb. 

 

“Naməlum təyyarələr” Hələbin şimal-şərqindəki neft emalı zavodlarına hücum edib", - televiziya kanalı bildirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş