Sumqayıtda qəza: bir nəfər ölüb

Hadisə

15.08.2020 - 19:43

Həkimlər Klinikalar SEO Xidməti

Minik avtomobili avtobusla toqquşub

 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, “Mercedes” markalı minik avtomobili və “İkarus” markalı avtobus toqquşub.

 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş