Sumqayıtda özünü dənizə atan şəxs xilas edilib

Xəbərlər

01.11.2021 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş