Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb

Xəbərlər

13.08.2026 - 14:55

DİN oğurluq hadisələri barədə məlumat yayıb

Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.

Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə də müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş