Su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb

Xəbərlər

06.07.2021 - 21:53

2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb

 

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.

 

Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az