Starmer: “Avropanı daha qaranlıq günlər gözləyir”

Dünya

24.03.2025 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

“Region ölkələri müdafiə xərclərini artırmalıdır”

“Avropanı daha qaranlıq günlər gözləyir. Region ölkələri müdafiə xərclərini artırmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer “The New York Times” qəzetinə müsahibəsində deyib.

“Biz hamımız sülh dividendlərindən həzz aldıq. Lakin indi Avropa daha qaranlıq bir dövrə qədəm qoyur”, - Britaniya hökumətinin başçısı qeyd edib.

Eyni zamanda, Starmer “açıqlamasıyla heç kimi qorxutmaq istəmədiyini” vurğulayaraq, Avropanın müdafiə və təhlükəsizlik məsələlərində daha ciddi düşünməsi lazım olduğuna diqqət çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş