“Mən belə söhbətləri yersiz və vaxtından əvvəl hesab edirəm"
“Ukraynada sülhməramlı missiya haqqında danışmaq tezdir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Mən belə söhbətləri yersiz və vaxtından əvvəl hesab edirəm", kansler qeyd edib.
Şolts hesab edir ki, ukraynalıların iştirakı olmadan belə qərarlar qəbul edilə bilməz. Onun fikrincə, ilk növbədə münaqişəyə son qoymaq və real danışıqlara başlamaq lazımdır: “Yalnız bundan sonra Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin nədən ibarət ola biləcəyini görmək mümkün olacaq”.