Soçidə sinif yoldaşlarını öldürmək istəyən şagird tutulub

Dünya

24.03.2021 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Məktəbli sosial şəbəkədə bildirib ki, partlayıcı qurğu əldə edib və...

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Soçidə sinif yoldaşlarına hücum planlaşdıran lisey şagirdini saxlayıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məktəbli sosial şəbəkədə bildirib ki, partlayıcı qurğu əldə edib və sinif yoldaşlarını öldürmək niyyətindədir. Bundan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi həbs etdikləri şagirdin evində əldəqayırma partlayıcı cihaz tapıldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş