Yaralı reanimasiya şöbəsinə yerləşdirilib
Şirvanda piyadanın ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistral yolunun Şirvan şəhəri ərazisindən keçən hisssində baş verib.
Şirvan sakini, 1972-ci il təvəllüdlü Şahpələngov Qurbanxan Təbiət oğlunu 54 BK 160 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə kəllə-beyin travması və üz nahiyəsinin kobud deformasiyası diqanozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.