Şirvanda çörək sexində partlayış olub - <font color=red> VİDEO</font>

Hadisə

30.08.2021 - 04:46

Partlayış nəticəsində bir nəfər ölüb

 

Şirvanda çörək sexində partlayış baş verib. AYNA-nın APA-ya istinadən məlumatına, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

 

Partlayış nəticəsində bir nəfər - Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu dünyasını dəyişib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.

 

 

Müəllif: Ayna.az