172 nəfər xilas edilib, 6 nəfər ölüb
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 172 nəfərin xilas edildiyini, 6 nəfərin öldüyünü açıqlayıb.
Bu arada gəminin batmasına dair ilkin ehtimal məlun olub. Ünal Üstel bildirib ki, ilk dalğa zərbəsindən sonra kapitan və gəmi heyətinin səylərinə baxmayaraq ikinci dalğa gəmini vurub, gəmiyə su dolmağa başlayıb.
Türkiyənin NTV telekanalının xəbərinə görə, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib. Gəmin çevrilməsinin sərnişinlərin bir qisminin göyərtədən çıxmasına da mane ola biləcəyi və məhz bu amilin qurbanların sayının artıra biləcəyi bildirilir.