Sevastopolda hərbçi yoldaşlarına və mülki şəxslərə atəş açıb

Dünya

04.08.2026 - 13:35

4 nəfər ölüb, 4 nəfər yaralanıb

Sevastopol yaxınlığında hərbçi əsgər yoldaşlarına və mülki şəxslərə atəş açıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə regionun qubernatoru Mixail Razvojayev məlumat verib.

Hadisə Xmelnitskoye kəndində baş verib, nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Qubernatorun sözlərinə görə, hərbçi əvvəlcə əsgər yoldaşlarına atəş açıb, onlardan biri ölüb, digəri yaralanıb.

O, daha sonra kəndə yollanıb, orada 71 və 59 yaşlı kişini və 64 yaşlı bir qadını güllələyərək öldürüb. Daha üç nəfər isə yaralanıb.

Hadisəni törətməkdə təqsirləndirilən şəxs saxlanılıb, yaralılara tibbi yardım göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş