Sərhəd Xidmətindən “Keşikçidağ”da təxribat ehtimalı ilə bağlı açıqlama

Xəbərlər

04.06.2020 - 09:27

cedabet dərman SEO Xidməti

“İstənilən təxribatın qarşısı qətiyyətlə alınacaq”

 

İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AYNA-ya bildirilib ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

 

“Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”? - deyə açıqlamada bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş