Sentyabrın 15-də məktəblərin fəaliyyəti bərpa ediləcək – <font color=red> RƏSMİ</font>

Xəbərlər

27.08.2020 - 17:18

cedabet dərman SEO Xidməti

Proses sentyabrın 15-dən noyabrın 2-dək davam etdiriləcək

 

Son məlumata görə, dünyanın 134 ölkəsində təhsillə bağlı bəzi qərarlar verilib. Belə ki, artıq dünyanın 63 ölkəsində məktəblər bu və ya digər formada fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, bunu Təhsil Nazirliyinin keçirdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

 

“Bundan əlavə, daha 55 ölkədə məktəblərin açılması elan edilib. 39 ölkədə isə bununla bağlı hələki bir qərar yoxdur. Yəni ki, bu məsələ tək bizdə yox, dünyanın bir çox ölkəsində müzakirə edilən və hamını narahat edən məsələdir”, deyə nazir əlavə edib.

 

Nazir vurğulayıb ki, ölkədə bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq: “Məktəbəqədər təhsil və bağçalarda distant təhsil mümkün deyil. Ailələrin işləməsini nəzərə alaraq, uşaq bağçalarının sentybarın 15-dən başlayaraq epidemioloji vəziyyət nəzərə alınmaqla fəaliyyəti bərpa ediləcək. Bu, ölkənin bütün regionlarına eyni anda şamil edilməyəcək. Oktyabr ayının 1-dək müşahidə aparılacaq. Əgər epidemioloji vəziyyətdə kəskin dəyişiklik olmazsa, bu, davam edəcək”.

 

Nazirin sözlərinə görə, bu proses sentyabrın15-dən noyabrın 2-dək davam etdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş