Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat: <font color=red> saxlanılanlar var </font>

Xəbərlər

26.04.2021 - 14:37

Rayon İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslərinin saxlanıldığı bildirilir

 

Hüquq-mühafizə orqanları Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının bu gün səhər keçirdiyi əməliyyat zamanı Rayon İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

 

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi barədə məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb.

Müəllif: Ayna.az