Sel təhlükəsi ilə bağlı <font color=red> XƏBƏRDARLIQ</font>

Xəbərlər

21.07.2021 - 11:51

Yağış yağacaq, dolu düşəcək

 

İyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif: Ayna.az