Şəhriyar Aronyanla heç-heçə edib

İdman

03.08.2021 - 00:26

Həkimlər Klinikalar SEO Xidməti
“Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir 
 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - “Chessable Masters" keçirilir.

 

AYNA xəbər verir ki, Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyanla heç-heçə edib. Şahmatçımızın Aryan Tari ilə mübarizəsi davam edir.

 

Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş