Şəhid əsgərimiz dəfn edilib

Xəbərlər

08.03.2021 - 15:16

Zamin Balakişiyev doğulduğu Sabirabad rayonunun Qaralar kəndində torpağa tapşırılıb

 

Vətən müharibəsinin şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb. AYNA “Report”a istinadən xəbər verir ki, şəhid Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

 

Z.Balakişiyev Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalıb.

 

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Müəllif: Ayna.az