Səfir: “Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbə terror aktıdır”

Dünya

19.08.2026 - 11:45

“Ukrayna hücumunu kommersiya yükü daşıyan mülki gəmiyə qəsdən terror və cinayətkar hücumudur”

“Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbə terror aktıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti” agentliyinə deyib.

O, Ukrayna hücumunu kommersiya yükü daşıyan mülki gəmiyə “qəsdən terror və cinayətkar hücum” adlandırıb.

Diplomat qeyd edib ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib. Cəlali vurğulayıb ki, “Kiyev dəyən bütün zərərləri ödəməyə borcludur və Avropa və ABŞ-dakı tərəfdarları Ukraynanın hərəkətlərinə görə məsuliyyəti qəbul etməli və onu məsuliyyətə cəlb etməlidirlər”.

Səfir əlavə edib ki, Qərb mülki hədəflərə hücumlara gəldikdə ikili standartlara riayət edir və bu cür hücumlara yanaşması siyasi və seçicidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş