Saxta manyaklar “yaradan” gerçək manyaklar peyda olub – <font color=red> DİQQƏTLİ OLUN</font>

Cəmiyyət

26.01.2020 - 11:00

“Şəxs çox ciddi ağır cinayət törətməkdə ittiham olunur və bu əməl cinayət məsuliyyəti yaradır”

 

Ara-sıra sosial şəbəkədə kiminsə barəsində “uşaq oğrusu”, “manyak” ittihamı ilə dezinformasiyalar yayılır. Bu günlərdə yenidən belə bir xəbər və bir qadının fotoları yayıldı. Lakin sonradan polis həmin xəbəri təkzib etdi. Məlum oldu ki, həmin qadın ərazidə yaşayan kasıb və xəstə bir vətəndaşdır.

 

Polis təkzib verənədək, hətta ondan sonra belə, sözügedən xəbər cəmiyyətdə vahimə yaratdı. Valideynlər övladlarını evdən bayıra buraxmağa qorxdular. Üstəlik barəsində ağır ittiham səslənən həmin qadının vəziyyətini təsəvvür edin...

 

Bəs bu yalan məlumatı yayan şəxsi kim cəzalandıracaq? Axı kiməsə böhtan atan insan qanun qarşısında məsuliyyət daşıyır.

 

Vəkil Alov Səfərəliyev AYNA-ya açıqlamasında deyib ki, bu cür yalan informasiyalar yaymaq cinayət məsuliyyəti yaradır: “Adam oğurluğu Cinayət Məcəlləsində (144-cü maddə) xüsusilə ağır cinayətlər (7-12 il müddətinə azadlıqdan məhrum edilmə) təsnifatına düşür. Şəxs çox ciddi ağır cinayət törətməkdə ittiham olunur. Buna görə də böhtana məruz qalan şəxs həm əsassız ittiham görə, həm də maddi-mənəvi zərərə görə mülki qaydada iddiaçı qismində çıxış edə bilər”.

Raminə Eyvazqızı