Saraya gedən yolda hərəkət məhdudlaşdırılıb

Xəbərlər

26.06.2021 - 21:49

Həkimlər Klinikalar SEO Xidməti

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib

 

Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Bu barədə AYNA-ya BDYPİ-dən məlumat verilib.

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək alternativ yollardan istifadə etmələrini tövsiyə edib: “Bu gündən Bakı-Quba avtomobil yolunun 22-ci km-dən 23,5-ci km-dək olan hissəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş