Şamaxıda qumarxana aşkarlanıb

Xəbərlər

08.02.2025 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Beş nəfər saxlanılıb

Şamaxıda qumarxana aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş