Saxlanılan şəxs dindirilərkən qanunazidd əməllə məşğul olduğunu etiraf edib
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qablaşdırılmış 1,6 qram metamfetamin, 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən işə 255 qram heroin və 475 qram marixuana aşkarlanıb.
R.İbrahimov dindirilərkən qanunazidd əməllə məşğul olduğunu etiraf edib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.