Salyanda faciə: ana doğuşdan sonra ölüb

Hadisə

07.02.2021 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Qadının ölüm səbəbi hələlik məlum deyil

 

Salyanda doğuşdan sonra ana ölümü baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

 

Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

 

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Qadının ölüm səbəbi hələlik məlum deyil.

 

Qeyd edək ki, onun üç azyaşlı uşağı qalıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş