Şallenberqlə Lavrov Qarabağı müzakirə etdilər

Xəbərlər

25.08.2021 - 17:28

Rusiya və Avstriya xarici işlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

 

Rusiya və Avstriya xarici işlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər. AYNA xəbər verir ki, bu barədə Avstriya XİN-in başçısı Aleksander Şallenberq rusiyalı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərə məlumat verib.

 

O deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Əfqanıstan, Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə edib.

 

A.Şallenberq təəssüflə qeyd edib ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər ən aşağı səviyyəyə enib və bu, heç bir tərəfin maraqlarına cavab vermir.

Müəllif: Ayna.az