Şair Çingiz Əlioğlu vəfat edib

Mədəniyyət

09.08.2026 - 14:33

Əməkdar İncəsənət xadimi bu gün səhər saatlarında dünyasını dəyişib

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu bu gün səhər saatlarında vəfat edib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Orman Çingizoğlu bildirib.

Qeyd edib ki, şairin cənazəsi sabah dəfn ediləcək.

Çingiz Əlioğlu ilə vida mərasimi sabah 11:00-da Təzə Pir məscidində keçiriləcək.

Xatırladaq ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş