Şahzadə Diananın "qisas paltarı" hərraca çıxarılacaq

Maraqlı

12.09.2026 - 11:15

Hərrac 9 dekabrda Nyu-Yorkda keçiriləcək: onun təxmini dəyəri 150 min ilə 300 min dollar arasındadır.

Şahzadə Diananın "qisas paltarı" ölümündən bəri ilk dəfə hərraca çıxarılacaq. Hərrac 9 dekabrda Nyu-Yorkda keçiriləcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, paltar “Sotheby's Luxury Week”in ən yaddaqalan əşyalarından biri olacaq. Onun təxmini dəyəri 150 min ilə 300 min dollar arasındadır.

"Qisas paltarı" Şahzadə Diananın 1994-cü ilin iyun ayında əri Şahzadə Çarlzın zina etdiyini açıq şəkildə etiraf etməsindən sonra “Vanity Fair” məclisində geyindiyi qara ipək axşam paltarına verilən addır.

Diana əvvəlcə tədbirdə fərqli bir şey geyinməyi planlaşdırıbmış, lakin son anda fikrini dəyişib. O, üç il əvvəl Kristina Stambolyanın qara çiyinsiz donunu almışdı, lakin bunu ictimaiyyət qarşısında görünmək üçün "çox cəsarətli" hesab edirdi. Onun keçmiş stilisti Anna Harvi daha sonra xatırladı ki, Diana "milyon dollara bənzəmək istəyirdi".

Diana bu paltarı bir daha geyinmədi və 1997-ci ilin iyun ayında onu xərçəng və QİÇS xeyriyyə təşkilatlarına kömək etmək üçün şəxsən hərraca çıxardığı 79 paltar arasında yerləşdirdi.

Dekabr ayında Nyu-Yorkda keçiriləcək hərracda paltarın satışından əldə edilən gəlirin bir hissəsi “NHS Lothian Charity”yə bağışlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş