Ölən yazıçının həyat yoldaşı: "Batın çirkabınızın içində"

Maraqlı

15.07.2019 - 21:18

Həkimlər Klinikalar SEO Xidməti

"Şeytan xislətli qadınalaradır sözüm"

 

Bir müddət əvvəl qəfil ürək tutmasından vəfat edən gənc yazıçı İkinci Mahmudun həyat yoldaşı Könül Ağakişiyeva özünün "Facebook" hesabında paylaşım edib. AYNA xəbər verir ki,  Könül Ağakişiyeva müxtəlif xanımlarla "Facebook" vasitəsi ilə yazışdığını qeyd edən, mərhum yazıçını öz həyat yoldaşına xəyanətdə ittiham edən sosial şəbəkə istifadəçilərinə sərt cavab verib.

 

O, öz həyat yoldaşına inandığını və onu həmişə sevəcəyini bildirib: "Heç kimi yazılarımla bezdirmək istəmirəm. Bu acılı, dərdli vaxtımda mənim əvvəl yazdıqlarıma inanmayanlar, səmimiyyətsiz adlandıranlar, guya Mahmudumun qədrini o olmayandan sonra bilmişəm deyənlər, qızlarla yazışıb, xəyanət edib və s. sözlər deyən qəlbində zərrə qədər insafı, vicdanı olmayan, şeytan xislətli qadınlaradır sözüm. Mənim ona və Mahmudun mənə olan sevgisini mühakimə etmək sizə düşməz. Birinci və sonuncu dəfə yazıram və bu kimi yoldaşımın və mənim ünvanıma yazılanlara cavab verməyəcəm. Vecimə deyilsiz, necə ki, Mahmudumun vecinə deyildi. Ağızlarına gələni yazırdılar onun haqqında, indi də mənim. Batın çirkabınızın içində. Mahmud həmişə deyirdi "Səni sevirem, sənə xəyanət etmirəm və etmərəm". Bu cümlə mənə ölənədək bəsdir. Yetərincə qızın (bilə-bilə ki evlidir) ona yazdığını bilirəm, özü demişdi və qısqanmırdım. Çünki qısqanılmalı insan deyilsiz və Mahmuduma da inamım tamdır. Elə də olacaq".

 

Fotoğraf açıklaması yok.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, sakal, yakın çekim ve iç mekan

Müəllif: Ayna.az