Sahibkarlar Konfederasiyasının Qazaxıstanda nümayəndəsi təyin edilib

Xəbərlər

31.05.2021 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Zakir Binnətli Azərbaycan şirkətlərinin təşkilatlanması fəaliyyətinin həyata keçirilməsində də iştirak edəcək

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması, xüsusən də Türkdilli dövlətlərdəki biznes icması ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti çərçivəsində Qazaxıstan Respublikasında nümayəndəsi vəzifəsinə Zakir Möhvət oğlu Binnətlini təyin edib.

 

Qurumdan AYNA-ya verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi həmçinin Qazaxıstandakı əsas tərəfdaşları, o cümlədən, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatası “Atameken” ilə məhsuldar əməkdaşlığın, oradakı Azərbaycan şirkətlərinin təşkilatlanmasının zərurilliyi kimi fəaliyyətin həyata keçirilməsində də iştirak edəcək.

 

Məlumat üçün qeyd edək ki, Zakir Binnətli 17.07.1960-cı il tarixində Ermənistan SSR-nin Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1977-1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib və 1982-1988-ci illərdə Soyuqbulaq kəndində rus dili müəllimi vəzifəsində işləyib. Z.Binnətli 1983-1984-cü illərdə könüllü hərbi xidmətə yollanıb. O, 1988-ci ilin sonunda Ermənistan SSR-də baş vermiş məlum hadisələrlə əlaqədar ermənilər tərəfindən deportasiyaya məruz qalaraq Bakı şəhərinə köçüb. Daha sonra, 1989-1992-ci illərdə Bakı şəhəri 106 və 44 nömrəli orta məktəblərdə müəllim işləyib.

 

Zakir Binnətli 1993-cü ildən etibarən şirkət təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və eyni zamanda, 2001-ci ildən Qazaxstan Respublikasında kiçik bizneslə məşğul olub. O, 2013-2019-cu illərdə “BOSH” şirkətinin Qazaxstan Respublikası üzrə distribyutoru olan “Comtech Kompany Kazakhstan” MMC-nin baş direktoru vəzifəsini icra edib.

 

Z.Binnətli 2020-ci ilin yanvar ayından etibarən Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun (“Aromat MMC”) tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.

 

Bununla yanaşı, 15 ildən artıq müddət ərzində Qazaxstan Respublikası mülki, inzibati və cinayət hüququ sahəsində orada yaşayan həmvətənlərimizə təmənnasız hüquqi kömək göstərir, oradakı Azərbaycan diasporası arasında böyük nüfuza malikdir, vətənpərvər şəxsdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş