Şahbaz Şərif oktyabr ayında Azərbaycana gələcək

Xəbərlər

11.09.2026 - 16:49

Baş naziri CICA Zirvə Görüşündə iştirak edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabr ayında Azərbaycana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə diplomatik nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Müşavirənin (CICA) Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

7-ci CICA Zirvə Görüşünün oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş