Şagirdlərin elektron yerdəyişməsi davam edir

Xəbərlər

19.11.2020 - 11:06

Portala daxil olaraq qeydiyyatdan keçmək lazımdır

 

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir.

 

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı saat 11:00-dan etibarən aktivdir.

Müəllif: Ayna.az