"Mən daha bir müddətə namizədliyini irəli sürmək niyyətindəyəm və işimi davam etdirməyə hazıram”
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Japarov özü deyib.
"Mən daha bir müddətə namizədliyini irəli sürmək niyyətindəyəm və işimi davam etdirməyə hazıram. Seçkilərdə iştirak etmək istəyənləri məhdudlaşdırmayacağıq; qoy namizədliyini irəli sürsünlər", - deyə Japarov bildirib.
Qeyd edək ki, Qırğızıstan Prezidenti sadır Japarov 2021-ci ilin yanvar ayında keçirilən erkən prezident seçkilərində ölkənin prezidenti seçilib.
Qırğızıstanda növbəti prezident seçkiləri 27 yanvar 2027-ci ildə keçiriləcək.