Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan AYNA.AZ-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.