Sabir Rüstəmxanlı nazirləri Qarabağla bağlı Milli Məclisə çağırdı

Siyasət

01.06.2020 - 13:02

“Parlamentə gələrək bu mövzuda bizi məlumatlandırsınlar”

 

“Qarabağ məsələsi bizim milli məsələmizdir. Bu heç kimin inhisarında deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

 

Deputat bildirib ki, millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır: “Bu millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Hesab edirəm ki, ildə 1 və ya 2-dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzuda bizi məlumatlandırsınlar”.

Müəllif: Ayna.az