Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
Noyabrın 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 5-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.